ABŞ Suriyadakı bazalarına əlavə hərbi qüvvə göndərib

ABŞ ordusu Suriyanın Haseke və Deyr əz-Zor vilayətlərində separatçı terror təşkilatı PKK/YPG-nin işğalı altında olan bölgələrdəki bazalarına 40 maşından ibarət əlavə hərbi qüvvə göndərib.

2115921

ABŞ qüvvələrinin karvanı ötən gecə İraq və Suriya arasındakı Əl-Valid Sərhəd Qapısından Həsəkəyə daxil olub.

ABŞ əsgərlərini daşıyan 5-i "Bradley" tipli zirehli maşın da daxil olmaqla 40 maşından ibarət karvan əvvəlcə Hasəkə vilayətinin Rumeylan qəsəbəsindəki hərbi bazaya çatıb.

Yanacaq tankerləri, tibbi ləvazimatlar və alçaq hündürlükdə hava hücumundan müdafiə radarlarından ibarət karvan daha sonra Fərat çayının şərq sahilindəki Ömər neft yatağı sahəsindəki bazaya doğru hərəkət edib.

Xatırladaq ki, ABŞ ordusu 5-6-23 yanvar və 13 fevral tarixlərində Hasəkədəki Harab Cir və Kasrekdəki bazalarına və Deyr əz-Zordakı Ömər neft yatağına hərbi yüklər göndərib.

Әlaqәli Xәbәrlәr