“ADF Ərdoğanın təşəbbüsü ilə yeni siyasi-elmi formatdır”, S.Lavrov

Forumdan sonra təşkil edilən mətbuat konfransında S.Lavrov deyib ...

2110137
“ADF Ərdoğanın təşəbbüsü ilə yeni siyasi-elmi formatdır”, S.Lavrov

 

  Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Antalya Diplomatik Forumu (ADF) prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə yeni siyasi-elmi formatdır.

  Forumdan sonra təşkil edilən mətbuat konfransında S.Lavrov deyib: "Bu forum  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə irəli sürülmüş yeni bir siyasi-elmi formatıdır.

  Tədbirdə 100-dən çox ölkə dövlət və hökumət başçıları və xarici işlər nazirləri səviyyəsində təmsil olunur.

  Fürsətdən istifadə edərək bir daha Türkiyə hökuməti və xalqına qonaqpərvərliyə görə səmimi təşəkkürümü bildirirəm.

  Antalya Diplomatik Forumundakı toplantı və panellərdə bir daha bəyan edildi ki, ABŞ başda olmaqla, bütövlükdə Qərb dövlətlərin suveren bərabərliyinə, hörmət prinsipinə və Birləşmiş Millətlər Təşkilatı nizamnaməsinin prinsiplərinə açıq şəkildə məhəl qoymur, mövcud beynəlxalq vəziyyətdən istifadə edərək öz qaydalarını tətbiq edirlər.

  Ümid edirəm ki, forumdakı müzakirələrin faydası olacaq.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı harada olduğumuzu və beynəlxalq öhdəliklərimizə necə yanaşdığımızı göstərdi, bəzi mövzularda yenidən düşünmək lazım gəldiyini vurğuladı”.



Әlaqәli Xәbәrlәr