Rusiya: Ukrayna ordusunun Belqorod şəhərinə hücumu nəticəsində 6 nəfər ölüb

Rusiya Ukrayna ordusunun Belqorod şəhərinə hücumu nəticəsində 6 nəfərin öldüyünü bildirib.

2102936
Rusiya: Ukrayna ordusunun Belqorod şəhərinə hücumu nəticəsində 6 nəfər ölüb

Rusiya Ukrayna ordusunun Belqorod şəhərinə hücumu nəticəsində 6 nəfərin öldüyünü bildirib.

Rusiya səhiyyə nazirinin müavini Aleksey Kuznetsov jurnalistlərə açıqlamasında Ukrayna ordusunun Belqorod şəhərindəki bazara hücum etdiyini açıqlayıb.

Hücum nəticəsində biri uşaq olmaqla 6 nəfərin öldüyü, 17 nəfərin yaralandığı barədə məlumat paylaşan Kuznetsov səhiyyə naziri Mixail Muraşkonun göstərişi ilə Belqoroda mütəxəssis həkim briqadasının cəlb olunduğunu və yaralılara tibbi yardım göstərildiyini bildirib. 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlamasında “hücumun terror aktı olduğunu” və bunu beynəlxalq təşkilatlarda, o cümlədən BMT Təhlükəsizlik Şurasında gündəmə gətirəcəklərini deyib.

Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukraynanın RM-70 “Vampir” çoxlüləli reaktiv yaylım atəş sistemi ilə Rusiya ərazisindəki ünsürlərə hücum etməyə cəhd etdiyi bildirilib.

Açıqlamada hücumun qarşısının alındığı və Belqorod vilayəti üzərində Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən 14 raketin vurulduğu qeyd edilib.



Әlaqәli Xәbәrlәr