İran ABŞ-a reaksiya verib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani paytaxt Tehranda keçirdiyi mətbuat konfransında gündəmi dəyərləndirib.

2097860
İran ABŞ-a reaksiya verib

"ABŞ-ın bəzi ölkələrin suverenliyi və ərazi bütövlüyünə qarşı hərəkətləri rəsmi Vaşinqtonun regiondakı sülh, sabitlik və təhlükəsizlikdəki roluna etimad edilə bilməyəcəyini göstərdi".

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani paytaxt Tehranda keçirdiyi mətbuat konfransında gündəmi dəyərləndirərkən deyib. 

N.Kənani bildirib ki, bölgədə müharibə və qarşıdurmanın genişlənməsini istəmədiklərini söyləyənlər əks istiqamətdə hərəkət edirlər.

“ABŞ-ın ölkələrin suverenliyi və ərazi bütövlüyünə qarşı hərəkətləri göstərir ki, beynəlxalq ictimaiyyət bu ölkənin regionda sülh, sabitlik və təhlükəsizlikdəki roluna inana bilməz”, -deyə N. Kənani qeyd edib.

ABŞ və İngiltərənin İraq, Suriya və Yəmənə qarşı hücumlarını dəyərləndirən N.Kənani "ABŞ və İngiltərə İsrailin Baş naziri Benyamin Netanyahu və İsrailin maraqlarını bölgədə sülh və təhlükəsizlikdən üstün tutdu" deyib.

N.Kənani bildirib ki, bölgədəki böhran, gərginlik və qeyri-sabitliyin azaldılması İsrailin bölgədəki hərbi cinayətlərinin dayandırılmasından asılıdır.

Keçmiş ABŞ Prezidenti Donald Trampın İran İnqilab Keşikçiləri Korpusu Qüds Qüvvələrinin komandiri Qasım Süleymaninin Bağdad Beynəlxalq Hava Limanında törədilən hücumda öldürülməsindən sonra İranın İraqdakı Ayn əl-Əsəd bazasına hücumunun “koordinasiya edildiyi” barədə açıqlamasına gəlincə Kənani deyib:

“Seçkiyə namizəd olan bir yalançının ifadəsi inanılacaq bir şey deyil” deyib.



Әlaqәli Xәbәrlәr