Şiə milislər İsrailin limanına hücum etdi

İraqdakı İranın dəstəklədiyi şiə milislər İsrailin Hayfa limanına pilotsuz uçuş aparatı (PUA) ilə hücum etdiklərini açıqlayıblar.

2095999
Şiə milislər İsrailin limanına hücum etdi

İraqdakı İranın dəstəklədiyi şiə milislər İsrailin Hayfa limanına pilotsuz uçuş aparatı (PUA) ilə hücum etdiklərini açıqlayıblar.
“İraqdakı İslami Müqavimət” adı ilə açıqlama verən qrup Suriya üzərində PUA ilə həyata keçirilən hücumla bağlı məlumat verib.
Açıqlamada İsrailin işğalı altında olan Fələstin torpaqlarında yerləşən Hayfa limanına PUA-larla hücum edildiyi və İsrailə qarşı hərəkətlərin davam etdiriləcəyi bildirilib.
Qeyd edək ki, İranın dəstəklədiyi şiə milislər Suriya tərəfindəki Qolan təpələrinə yaxın bir bölgədən İsrailin strateji əhəmiyyət kəsb edən liman şəhərlərinə, hərbi məntəqələrinə və infrastrukturuna raket və PUA-larla hücum edir.



Әlaqәli Xәbәrlәr