İran istənilən hücuma cavab verəcəyini bildirib

İran "ərazisi, maraqları və ya vətəndaşlarını hədəf alacaq istənilən hücuma qəti cavab verəcəyini" açıqlayıb.

2095561
İran istənilən hücuma cavab verəcəyini bildirib

İran "ərazisi, maraqları və ya vətəndaşlarını hədəf alacaq istənilən hücuma qəti cavab verəcəyini" açıqlayıb.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Daimi Nümayəndəliyi son 2 gündə Amerika Birləşmiş Ştatlarının (ABŞ) İrana vasitəçilərlə müxtəlif mesajlar göndərdiyi xəbəri ilə bağlı yazılı açıqlama verib.

"Bu cür mesaj mübadiləsi aparılmadı. Digər tərəfdən, İranın əsas siyasəti budur ki, hər hansı bir tərəf İran ərazisinə və ya onun maraqlarına və ya İran sərhədlərindən kənarda vətəndaşlarına hücum edərsə, qəti və sərt cavab verəcək" açıqlamada deyilib. 

İranın BMT-dəki Daimi Nümayəndəliyinin bəyanatı ABŞ prezidenti Co Baydenin "İordaniya-Suriya sərhədində ABŞ əsgərlərinin ölümünə səbəb olan İrana bağlı İraq qruplarının pilotsuz təyyarə hücumuna" cavab verəcəklərini bəyan etməsindən sonra verilib.

Qeyd edək ki, yanvarın 28-də İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasına kamikadze pilotsuz təyyarənin hücumu nəticəsində 3 ABŞ əsgəri həlak olub, 40-dan çoxu yaralanıb.

Bayden başda olmaqla ABŞ rəsmiləri hücumdan İranın dəstəklədiyi qrupların məsuliyyət daşıdığını, buna istədikləri vaxt və yerdə cavab veriləcəyini bildiriblər.

İran isə sözügedən hücumla əlaqəsi olduğu iddialarını təkzib edərək, "Bölgədəki müqavimət qüvvələri öz qərar və hərəkətlərində İrandan təlimat almır”, -deyə bildirib.



Әlaqәli Xәbәrlәr