Rusiya: Xarici dövlətlər Ukraynaya 203 milyard dollardan çox yardım edib

Rusiya Müdafiə Nazirliyi 54 ölkənin Ukraynaya yardım etdiyini və bu çərçivədə 203 milyard dollardan çox xərclədiyini açıqlayıb.

2084454
Rusiya: Xarici dövlətlər Ukraynaya 203 milyard dollardan çox yardım edib

Rusiya Müdafiə Nazirliyi 54 ölkənin Ukraynaya yardım etdiyini və bu çərçivədə 203 milyard dollardan çox xərclədiyini açıqlayıb.
Nazirliyin sosial media hesabında edilən paylaşımda Rusiya ilə müharibə çərçivəsində xarici ölkələrin Ukraynaya silah və maliyyə dəstəyi ilə bağlı məlumat verilib.

Açıqlamada 54 ölkənin Ukraynaya yardım etdiyi, Kiyev üçün 203 milyard dollardan çox vəsaitin xərcləndiyi bildirilib.

Açıqlamada ABŞ və NATO üzvü olan ölkələrin 500-dən çox kosmik gəmisinin (peyk və s.) Ukrayna Silahlı Qüvvələrinin xeyrinə işlədiyi bildirilib və 70-dən çox hərbi və xüsusi kəşfiyyat qurumu və ABŞ-dan 20 mindən çox Starlink peyk sistemi terminalının Ukrayna ordusuna kömək etdiyi vurğulanıb.

Açıqlamada xarici ölkələrin Ukraynaya 1600-dən çox artilleriya və raket sistemi ilə 200-dən çox hava hücumundan müdafiə sistemi göndərdiyi, bu ölkələrin Kiyevə 5 min 220-dən çox tank və zirehli texnika, 23 mindən çox pilotsuz uçuş aparatı göndərdiyi bildirilib. 

Ayrıca bu günə qədər 13.500-dən çox xarici muzdlunun Rusiya ordusuna qarşı döyüşmək üçün Ukraynaya gəldiyi, onlardan 8500-nün Avropa, 1700-nün Asiya, 5900-nün Şimali və Cənubi Amerika, 220-nin isə Şimali Afrikadan olduğu qeyd edilib.

Açıqlamada sözügedən əcnəbi muzdlu döyüşçülərdən 5 min 900-nün zərərsizləşdirildiyi, 5 min 600-nün isə qaçdığı, 1900 əcnəbi muzdlu döyüşçünün isə qarşıdurmalarda iştirakını davam etdirdiyi paylaşılıb.



Әlaqәli Xәbәrlәr