DEAŞ İrandakı partlayışların məsuliyyətini öz üzərinə götürüb

İranda Qasım Süleymaninin ölümünün 4-cü ildönümündə keçirilən anım mərasimində terror aktına görə məsuliyyəti DEAŞ terror təşkilatı üzərinə götürüb.

2084449

Qeyd edək ki, İranın Kirman şəhəri son illərdə ən çox insan itkisi ilə nəticələnən hücumlardan birinə səhnə olub. İran İnqilabı Keşikçiləri Qvardiyası Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin anım mərasimi qana boyanıb.

Terror aktlarından bir gün sonra İranın daxili işlər naziri Əhməd Vahidi məhkəmə-tibbi ekspertizanın məlumatlarını çatdırıb. Onun sözlərinə görə, partlayışlar nəticəsində ölənlərin sayı 84-ə çatıb.

Bombalı hücumlarda həyatını itirənlərin sayı daha əvvəl 103 olaraq açıqlanmışdı.

İranın daxili işlər naziri Vahidi hücumlarda 284 nəfərin isə yaralandığını bildirib.

Hücumlara görə məsuliyyəti DEAŞ terror təşkilatı üzərinə götürüb.

Qeyd edək ki, rəsmi Tehran hücumlara görə məsuliyyət daşımaq mövzusunda İsrail və ABŞ-ı hədəf alıb. ABŞ Dövlət Departamenti hücumlarda Vaşinqtonun və ya İsrailin heç bir əlaqəsinin olmadığını açıqlayıb.

Әlaqәli Xәbәrlәr