“Yaxınlarda Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması mümkündür”, N.Paşinyan

Ermənistanın rəsmi xəbər agentliyi “Armenpress”in məlumatına görə ...

2077186
“Yaxınlarda Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması mümkündür”, N.Paşinyan

 

  Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycan iki ölkə arasında razılaşdırılmış prinsipləri təsdiq edərsə, yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması mümkündür.

  Ermənistanın rəsmi xəbər agentliyi “Armenpress”in məlumatına görə, paytaxt İrəvanda keçirilən “Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr”in (LLDC) Nazirlər Toplantısında çıxışında N.Paşinyan Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması ehtimalına toxunaraq deyib: “Regionda nəqliyyat marşrutları ölkələrin suverenliyi, yurisdiksiyası, bərabərliyi və qarşılıqlılığı prinsiplərinə uyğun açılarsa, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və 1991-ci ildə Almatı Bəyannaməsi əsasında sərhədlərini qarşılıqlı olaraq tanıyarsa, yaxın gələcəkdə razılaşma əldə edilə bilər. İki ölkə arasında sülh sazişinin imzalanması mümkündür”.

  Bu 3 prinsip Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin iştirakı ilə Brüsseldə keçirilən üçtərəfli danışıqlar zamanı da danışılıb. Bu məsələ ilə bağlı razılıq Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin 14 may və 15 iyul tarixlərində keçirilən görüşlərindən sonra verilən bəyanatlarda da qeyd olunub.

  Sözügedən tədbirdə çıxış edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Gümrü-Qars, Hrazdan-Kapan, Nrnadzor-Aqarak, Yerasx-Naxçıvan dəmiryollarının yenidən açılmasına hazır olduqlarını deyib.

 



Әlaqәli Xәbәrlәr