Türkiye və Yunanıstan media nümayəndələri Afidana keçirilən forumda bir araya gəldi

Prezident Rəcəb Tayyib Ərdoğanın Afinaya etdiyi  səfərdən sonra Yunanıstanın paytaxtında Türkiye-Yunanıstan Media və Akademiya Forumu keçirilib.

2075842
Türkiye və Yunanıstan media nümayəndələri Afidana keçirilən forumda bir araya gəldi

Prezident Rəcəb Tayyib Ərdoğanın Afinaya etdiyi  səfərdən sonra Yunanıstanın paytaxtında Türkiye-Yunanıstan Media və Akademiya Forumu keçirilib. Türkiyenin media nümayəndələri və alimləri yunanıstanlı həmkarları ilə görüşdülər. 
Prezident Rəcəb Tayyib Ərdoğanın dekabrın 7-də Afinaya səfəri ilə Türkiye-Yunanıstan münasibətlərində yeni səhifənin açıldığı vurğulanıb.
Bildirilib ki, dezinformasiyaya qarşı mübarizə ikitərəfli münasibətlərdə hökm sürən müsbət ab-havanın davam etdirilməsi üçün vacibdir.
Afinada keçirilən Türkiye-Yunanıstan Media və Akademiya Forumunda iki ölkə arasındakı münasibətlərdə media və akademiyanın rolu müzakirə olunub.
Forum çərçivəsində Türkiye Araşdırmaları Fondu və Yunanıstan Qlobal Münasibətlər İnstitutunun birgə əməkdaşlığı ilə “Türkiye-Yunanıstan Münasibətləri Diqqət Mərkəzində'' adlı konfrans keçirilib.
Yunanıstan xarici işlər nazirinin müavini Kostas Fraqoyannis konfransda açılış nitqi ilə çıxış edib.
Kostas Fraqoyannis ikitərəfli münasibətlərdə müsbət gündəmin roluna toxunub.
Foruma moderatorluq edən Türkiyə Araşdırmalar Fondunun direktoru Enes Bayraklı iki ölkə arasında media və akademiya forumlarının gələn il də davam edəcəyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr