“Həmas”ı məhv etməklə İsrailin təhlükəsizliyi təmin oluna bilməz”, Y.Uşakov

Paytaxt Moskvada keçirilən IX Primakov Oxunuşları Beynəlxalq Forumunda iştirak edın Y.Uşakov Qəzza zolağındakı vəziyyətlə bağlı açıqlamalarında deyib ...

2069511
“Həmas”ı məhv etməklə İsrailin təhlükəsizliyi təmin oluna bilməz”, Y.Uşakov

 

  Rusiya Prezident Aparatının xarici siyasət müşaviri Yuri Uşakov bildirib ki, İsrail “Həmas”ı məhv etməklə təhlükəsizliyi təmin edə bilməz.

  Paytaxt Moskvada keçirilən IX Primakov Oxunuşları Beynəlxalq Forumunda iştirak edın Y.Uşakov Qəzza zolağındakı vəziyyətlə bağlı açıqlamalarında deyib: “Qəzza zolağında faciəli hadisələrin baş verdi.

  "Həmas” məhv edilsə, Qəzza zolağı qan içində boğulsa belə, İsrailin təhlükəsizliyi təmin oluna bilməz. Bir müddət sonra yenidən nifrət və terror alovlanar. Buna göz yummaq olmaz. Bölgədəki problem böyümək və yayılmaq gücünə malikdir.

  Fələstin məsələsi ilə bağlı ABŞ-ın dağıdıcı siyasəti və amerikalıların Fələstin düyününü təkbaşına həll etmək cəhdi səbəbindən bölgə yenidən alovlandı. Fələstin-İsrail məsələsində yaşanan qanlı ssenari proqnozlaşdırıla bilərdi. ABŞ-ın bir tərəfi dəstəkləmək və məsələni həll etmək siyasəti tək başına ağır böhrana gətirib çıxardı. Bu faciəli hadisələr və fəlakətli humanitar vəziyyət ABŞ və Qərbin mənəvi nüfuzunu itirməsinə səbəb olur”.



Әlaqәli Xәbәrlәr