ABŞ-ın İraqdakı hərbi bazasına hücum edilib

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibinin müavini Sabrina Sinq səhər saatlarında baş verən hücumla bağlı açıqlama verib.

2067382
ABŞ-ın İraqdakı hərbi bazasına hücum edilib

Amerika Birləşmiş Ştatlarının İraqdakı hərbi bazasına hücum edilib.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibinin müavini Sabrina Sinq səhər saatlarında baş verən hücumla bağlı açıqlama verib.
Açıqlamada, İranın dəstəklədiyi qrupların ABŞ və müttəfiqlərinin İraqdakı Ayn əl-Əsad hərbi bazasına qısa mənzilli ballistik raketlərlə hücum etdiyi bildirilib.
Hücum zamanı yüngül yaralananların olduğu və infrastruktura ziyan dəydiyi bildirilib.
Qeyd edilib ki, ABŞ ordusu insidentdən sonra İranın dəstəklədiyi qruplara AC-130 silahlı təyyarələlə hücum edib.
Bildirilib ki, oktyabrın 17-dən bu yana ABŞ qüvvələrinə 32-si İraqda, 34-ü isə Suriyada olmaqla ümumilikdə 66 hücum həyata keçirilib.
Bu hücumlarda 62 nəfərin yaralandığı qeyd olunub.


Etiketlәr: #İraq , #hücum , #hərbi baza , #ABŞ

Әlaqәli Xәbәrlәr