Pentaqon İraq və Suriyadakı ABŞ bazalarına hücumlar barədə məlumat verib

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) oktyabrın 17-dən bəri İraq və Suriyadakı ABŞ bazalarına təxminən 58 hücum edildiyini açıqlayıb.

2065399
Pentaqon İraq və Suriyadakı ABŞ bazalarına hücumlar barədə məlumat verib

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) oktyabrın 17-dən bəri İraq və Suriyadakı ABŞ bazalarına təxminən 58 hücum edildiyini açıqlayıb.

Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq gündəlik mətbuat konfransında ABŞ bazalarına edilən hücumlarla bağlı yeni məlumatlar verib.

Sinq "Oktyabrın 17-dən indiyədək əsgərlərimizə qarşı 58 hücum olub. Onların hamısı uğursuzluqla nəticələnib. Hücumlar infrastruktura ciddi ziyan vurmayıb və heç bir əsgərimizə ciddi xəsarət yetirməyib. Yaralanan hərbçilərimizin hamısı öz vəzifələrinə qayıdıblar. Bu günə qədər təxminən 58 hücum olub. Yəni İraqda 27, Suriyada isə 30-31 hücum həyata keçirilib" deyib.

Mətbuat katibinin müavini ABŞ-ın bölgədəki bazalarına edilən hücumlara cavab verilməməsi ilə bağlı iddiaları qəbul etmədiyini bildirib:

"Düşünürəm ki, siz bizim son üç hücuma verdiyimiz cavabları görmüsünüz. Biri təhlükəsiz evdə fəaliyyət göstərən komanda-nəzarət bölməsinə, digər ikisi silah anbarına və təlim obyektlərinə dəydi. Əgər növbəti hücumlar olarsa, biz seçdiyimiz vaxt və yerdə mütləq cavab verəcəyik. ABŞ bazalarına hücumlar əhəmiyyətli dərəcədə azalıb".



Әlaqәli Xәbәrlәr