Giorgos Yerapetritis: "Türkiye ilə problemləri “məhsuldar dialoq”la həll etmək istəyirik"

Yunanıstanın xarici işlər naziri Giorgos Yerapetritis Türkiye ilə problemləri “məhsuldar dialoq”la həll etmək istədiklərini bildirib.

2060653

Ölkəsində dərc olunan “To Vima” qəzetinə müsahibə verən Yerapetritis Afinanın Türkiye də daxil olmaqla bütün qonşu ölkələrlə yaxşı münasibətlər qurmaq istədiyini bildirib. 

"Biz Türkiye ilə məhsuldar dialoq qurmaq istəyirik. Qarşılıqlı faydalı razılaşmalara gətirib çıxaracaq dialoq üçün zəmin var. Mülki müdafiə, miqrasiya siyasəti və turizm kimi məsələlər iki ölkə arasında müsbət razılaşmaların əldə oluna biləcəyi sahələrdir", deyə nazir qeyd edib.

Әlaqәli Xәbәrlәr