Suriyada İran hərbi qruplarına naməlum təyyarələr hücum etdi

Naməlum təyyarələr oktyabrın 3 və 10 tarixlərində də Bukamalın şərqindəki Harabeş, Herri və Humeyda bölgələrində İranın dəstəklədiyi qrupların yerlərini və konvoylarını hədəfə almışdı

2050963
Suriyada İran hərbi qruplarına naməlum təyyarələr hücum etdi

 

  Suriyanın İraq sərhədinə yaxın Bukamal rayonunda rəsmi Dəməşq tərəfində İranın dəstəklədiyi hərbi qruplaşmalarına hava hücumu təşkil edilib.

  14 oktyabrın axşam saatlarında mənşəyi naməlum təyyarələr Deyr əz-Zor əyalətinin Bukemal rayonunda İranın dəstəklədiyi qrupların yerləşdiyi məntəqələrə hücum edib.

  Bildirilib ki, İranın dəstəklədiyi hərbi qruplar gün ərzində Bukamal mərkəzində hərbi parad keçirib. Daha sonra mənşəyi məlum olmayan təyyarələr bölgədə kəşfiyyat uçuşları edib.

  Suriya ordusu sıralarında İranın dəstəklədiyi qruplar Bukamalda çoxdur.

  Naməlum təyyarələr oktyabrın 3 və 10 tarixlərində də Bukamalın şərqindəki Harabeş, Herri və Humeyda bölgələrində İranın dəstəklədiyi qrupların yerlərini və konvoylarını hədəfə almışdı.

  Suriya-İraq sərhəddində yerləşən Deyr əz-Zor İrandan Livana quru əlaqəsini təmin edən şəhərdir. İraq və İordaniyadan gələn boru kəmərləri və ticarət yolları da bu şəhərdən keçir.

  Deyr əz-Zor vilayətinin mərkəzi və qərbi 2017-ci ilin noyabrında terror təşkilatı DEAŞ-ın İranın dəstəklədiyi qruplaşmalar və Rusiyanın köməyi ilə geri çəkilməsikdən sonra Suriya hökumətinin tərkibinə keçib. Rəsmi Dəməşqin quru gücünə çevrilmiş İran hərbi qrupları Deyr əz-Zorda da çoxdur.

  İran İnqilab Mühafizləri Ordusu üzvləri sünni ərəblərin yaşadığı Deyr əz-Zorda yerləşən İran, İraq, Livan, Əfqanıstan və Pakistandan olan qruplara komandanlıq edir.



Әlaqәli Xәbәrlәr