İraq: "Türkiyeyə qarşı terror hücumlarına icazə vermərik"

Y.Rəsul Türkiye ilə İraq arasında İranla olduğu kimi mümkün təhlükəsizlik sazişinin imzalanması məsələsi barədə mətbuata açıqlama verib.

2049468
İraq: "Türkiyeyə qarşı terror hücumlarına icazə vermərik"

İraqın Baş naziri Məhəmməd Şia əl-Sudaninin hərbi sözçüsü general Yəhya Rəsul Türkiyə ilə mümkün təhlükəsizlik müqaviləsi imzalana biləcəyini və Türkiyeyə qarşı terror hücumlarına (PKK terror təşkilatı) icazə verməyəcəklərini bildirib.

Y.Rəsul Türkiye ilə İraq arasında İranla olduğu kimi mümkün təhlükəsizlik sazişinin imzalanması məsələsi barədə mətbuata açıqlama verib.

"Müsəlman qonşu ölkə Türkiye ilə yaxşı münasibətlərimiz var. Türkiye ilə siyasi və iqtisadi əlaqələrimiz də çox yaxşıdır" , -deyə general Rəsul qeyd edib.

İraqın müdafiə naziri Sabit Abbasinin və onu müşayiət edən yüksək səviyyəli hərbi heyətin ötən həftə Ankaraya səfərini xatırladan Resul Türkiyenin Milli Müdafiə Nazirliyi ilə müdafiə sənayesi, kəşfiyyat məlumatlarının mübadiləsi və terrorla mübarizə məsələlərinin müzakirə edildiyini bildirib.

General Resul İraqın qonşu ölkələrə qarşı hücum meydanı kimi istifadəsinə icazə verməyəcəklərini vurğulayıb:

"Biz İraqdan Türkiyeyə və ya hər hansı qonşu ölkəyə terror hücumlarına icazə vermərik. İraq Xarici İşlər Nazirliyi və diplomatiyamız İran ilə olduğu kimi Türkiye ilə (təhlükəsizlik müqaviləsi) müsbət və böyük nəticələr əldə etmək gücünə malikdir. Bəzi ünsürlərin Türkiye və Türkiye ordusuna qarşı gərginlik yaradan addımlar atmasına icazə verməyəcəyik".



Әlaqәli Xәbәrlәr