İran iddialara reaksiya göstərib

"Həmas"ın İsrailə hücumunun arxasında İranın dayandığı iddiasına ölkə rəsmiləri reaksiya verib.

2048286
İran iddialara reaksiya göstərib

"Həmas"ın İsrailə hücumunun arxasında İranın dayandığı iddiasına ölkə rəsmiləri reaksiya verib.

İran İSNA agentliyinin verdiyi məlumata görə, İranın BMT-dəki daimi nümayəndəsi Əli Kərimi Məkam Qərb mediasında "Həmas"ın İsrailə hücumunun arxasında ölkəsinin dayanması ilə bağlı iddialara cavab verərək deyib:

Fələstinin cavabında rolumuz olmasa da, fələstinlilərlə ortaq hissləri paylaşır və onların yanındayıq”. 

İran rəsmisi "Həmas"ın hərəkətini “özünümüdafiə” kimi qiymətləndirib.

“The Wall Street Journal”ın (WSJ) dünənki xəbərində İran təhlükəsizlik rəsmilərinin son bir neçə həftədə İsrailə qarşı hücumlarda "Həmas"a yardım etdiyi iddia edilib.

Sözügedən xəbərdə İnqilab Keşikçiləri Ordusu üzvlərinin keçən həftə Beyrutda təşkil edilən hücuma görə "Həmas"a yaşıl işıq yandırdığı iddia edilib.

Qeyd edək ki, "Həmas"ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də şənbə günü İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılarkən, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.

İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı "Dəmir qılınclar" əməliyyatına başladığını açıqlayıb.

Artan gərginlikdə hər iki tərəfdən yüzlərlə itki var.



Әlaqәli Xәbәrlәr