Hakan Fidan ilə Fuad Hüseyn sərhəd təhlükəsizliyini müzakirə edəcəklər

Məhəmməd Şia əl-Sudani Fuad Hüseynə sərhəd təhlükəsizliyi problemini həll etmək üçün ikitərəfli təhlükəsizlik komissiyasının fəaliyyət göstərməsi məqsədilə Hakan Fidanla görüşməyi tapşırıb.

2047050
Hakan Fidan ilə Fuad Hüseyn sərhəd təhlükəsizliyini müzakirə edəcəklər

İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani xarici işlər naziri Fuad Hüseynə sərhəd təhlükəsizliyi problemini həll etmək üçün ikitərəfli təhlükəsizlik komissiyasının fəaliyyət göstərməsi məqsədilə Türkiyenin xarici işlər naziri Hakan Fidanla görüşməyi tapşırıb.

İraq baş nazirinin hərbi sözçüsü general Yəhya Rəsulun verdiyi yazılı açıqlamaya görə, Milli Təhlükəsizlik Şurasının iclasına baş nazir Sudani rəhbərlik edib.

Ölkədə təhlükəsizlik məsələsinin müzakirə edildiyi toplantıda terror və narkotiklə mübarizə müzakirə edilib.

Tehran və Bağdad arasında İran rejiminin əleyhdarlarının tərksilahını ehtiva edən təhlükəsizlik razılaşmasının da müzakirə edildiyi görüşdə razılaşmanın iki ölkə tərəfindən həyata keçirilməyə başladığı bildirilib.



Әlaqәli Xәbәrlәr