Qroza kəndi Rusiyanın hücumuna məruz qalıb, 49 nəfər ölüb

Ukraynanın şərqindəki Xarkov vilayətinin Kupyansk yaxınlığında raket hücumu nəticəsində azı 49 nəfər həlak olub.

2046894
Qroza kəndi Rusiyanın hücumuna məruz qalıb, 49 nəfər ölüb

Ukraynanın şərqindəki Xarkov vilayətinin Kupyansk yaxınlığında raket hücumu nəticəsində azı 49 nəfər həlak olub.

"Associated Press" agentliyinin məlumatına görə, Rusiya ordusu Ukraynanın Xarkov vilayətinin Kupyansk rayonunda yerləşən Qroza kəndinə zərbələr endirib. Raket adamların çox olduğu kafe və mağazaya düşüb.

Məlumata əsasən, ölənlərdən biri 6 yaşlı oğlandır: “Biri uşaq olmaqla 6 nəfər yaralanıb”.

Ukrayna lideri Vladimir Zelenski hücuma reaksiya verərək deyib:

“Rusiyaya bu və buna bənzər terror aktları yalnız bir şeyə görə lazımdır: öz soyqırım təcavüzünü bütün dünya üçün yeni normaya çevirmək".



Әlaqәli Xәbәrlәr