“Rusiyanın işğal etdiyi rayonların qurtarılması əsas problem olaraq qalır”, İ.Qaribaşvili

Abxaziya müharibəsinin bitməsinin 30-cu ildönümü ilə bağlı İ.Qaribaşvili verdiyi açıqlamada yazıb ...

2043112
“Rusiyanın işğal etdiyi rayonların qurtarılması əsas problem olaraq qalır”, İ.Qaribaşvili

 

  Gürcüstanın baş naziri İrakli Qaribaşvili “Rusiya tərəfindən işğal olunmuş rayonların azad edilməsi və ölkəmizin birləşməsi dövlətimizin və cəmiyyətimizin əsas problemi olaraq qalır” deyib.

  Abxaziya müharibəsinin bitməsinin 30-cu ildönümü ilə bağlı İ.Qaribaşvili verdiyi açıqlamada yazıb: “Gürcüstanın ərazi bütövlüyü problemləri davam edir. Abxaziya müharibəsi 30 il əvvəl - 1993-cü il sentyabrın 27-də başa çatdı. Gürcüstanın yeni tarixində dramatik hadisə olan Abxaziya müharibəsi ölkədə ağır iz qoyub. Etnik təmizləmə yüz minlərlə adamı öz torpaqlarında didərgin salıb və bir çox vətəndaşımıza həyatı bahasına başa gəlib. Bu, çox üzücüdür. Rusiya tərəfindən işğal olunmuş rayonların azad edilməsi və ölkəmizin birləşdirilməsi dövlətimizin və cəmiyyətimizin əsas problemi olaraq qalır.

  Gürcüstan ərazi bütövlüyü məsələsinin sülh yolu ilə həllinə sadiqdir. Hökumətimiz bu yolda qətiyyətlə irəliləyir. Çünki biz ürəkdən inanırıq ki, sülh abxaz və osetin bacı-qardaşlarımızla vahid, güclü və inkişaf etmiş ölkə qurmaq üçün əsas olacaq.

  Mən inanıram ki, gələcək abxazlara və gürcülərə birlik, sülh və firavanlıq gətirəcək”.



Әlaqәli Xәbәrlәr