Peskov: “Qarabağda istənilən missiya yalnız Azərbaycanın razılığı ilə mümkün ola bilər”

D.Peskov Rusiya sülhməramlı kontigentinin bölgədə mühüm rol oynadığını və bunun davam edəcəyini bildirib.

2042528
Peskov: “Qarabağda istənilən missiya yalnız Azərbaycanın razılığı ilə mümkün ola bilər”

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib: "Qarabağda beynəlxalq missiya yalnız Bakının razılığı ilə mümkündür. Biz burada konkretlik görmürük, istənilən missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər. Biz İrəvan və Bakı, eləcə də Qarabağın etnik erməniləri ilə əlaqələrimizi davam etdirəcəyik”.

Peskov əlavə edib ki, Moskva da öz növbəsində həm İrəvan, həm də Bakı ilə əlaqələri davam etdirir.

“Qarşılıqlı fəaliyyət səviyyəsini və bizim bu qarşılıqlı əlaqədə iştirakımızı amerikalıların iştirakı ilə müqayisə etmək mümkün deyil” , - Peskov qeyd edib.

Sözçü Peskov Rusiya sülhməramlı kontigentinin bölgədə mühüm rol oynadığını və bunun davam edəcəyini də bildirib.



Әlaqәli Xәbәrlәr