İranın Gilan əyalətində sel fəlakəti

İranın Gilan əyalətinin Astara şəhərində daşqın nəticəsində azı 7 nəfər xəsarət alıb.

2038876
İranın Gilan əyalətində sel fəlakəti

İranın Gilan əyalətinin Astara şəhərində daşqın nəticəsində azı 7 nəfər xəsarət alıb.

İranın İSNA agentliyinin məlumatına görə, Astara valisi Məhəmməd Rza Şahabzadə şəhərə yağan güclü yağışın daşqınlara səbəb olduğunu deyib.

Şahabzadə "Sel nəticəsində körpüdə olan iki maşın çaya düşüb, 7 nəfər yaralanıb" deyib. 

İran rəsmisi bildirib ki, şəhər boyu axtarış-xilasetmə işləri davam edir.

Bildirilib ki, Astaranı birləşdirən yolların sel nəticəsində zədələndiyi rayonda Astara və Hace Kəri çaylarının da daşması təhlükəsi var.



Әlaqәli Xәbәrlәr