Baxmut istiqamətindəki Klişçiyevka kəndi Rusiya işğalından azad edilib

Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sirski sosial media hesabından verdiyi açıqlamada Ukrayna ordusunun Bəhmut istiqamətində uğur qazandığını bildirib ...

2038666
Baxmut istiqamətindəki Klişçiyevka kəndi Rusiya işğalından azad edilib
ukrayna.jpg

 

  Ukrayna Donetsk vilayətinin Baxmut istiqamətində Klişçiyevka kəndini Rusiya işğalından azad etdiklərini bildirib.

  Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sirski sosial media hesabından verdiyi açıqlamada Ukrayna ordusunun Baxmut istiqamətində uğur qazandığını bildirib: “Klişçiyevka Ukrayna Milli Polisinin 80-ci Hava Hücum Briqadası, 5-ci Hücum Briqadası və Qarışıq Hücum Briqadası tərəfindən rusiyalılardan təmizləndi və azad edildi”.

  Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak da sosial şəbəkədəki paylaşımında Klişçiyevkanın artıq Ukraynanın nəzarətində olduğunu yazıb: “Ukrayna torpaqlarını işğaldan xilas etdikləri üçün əsgərlərə təşəkkür edirəm”.

  Ukrayna Baş Qərargahı sentyabrın 16-da Donetsk vilayətinin Andriyevka kəndinin azad edildiyini açıqlamışdı.

  Xatırladaq ki, 2022-ci il fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynanı işğal etmək əmrini verib və bununla Rusiya-Ukrayna müharibəsi başlayıb. V.Putin bildirib ki, o, bunu rəsmi Kiyevin NATO-ya daxil olmasının qarşısını almaq və Ukraynanı Rusiyanın təsir dairəsində saxlamaq üçün demilitarizasiya etmək və faşistlərdən təmizləmək niyyətindədir.



Әlaqәli Xәbәrlәr