Anna Malyar: ''Ukrayna ordusu Opitne kəndinin bir hissəsini azad edib''

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, Ukrayna qoşunları Donetsk vilayətinin Avdiyivka şəhəri yaxınlığındakı Opitne kəndinin bir hissəsini azad edib.

2035645

Anna Malyar Müdafiə Nazirliyinin Hərbi Mətbuat Mərkəzində  etdiyi çıxışda bildirib ki, Ukrayna qoşunları Avdiyivka şəhəri yaxınlığındakı Opitne kəndində irəliləyir.
“Bizim müdafiə qüvvələrimiz bu yaşayış məntəqəsinin bir hissəsini azad edib”,-deyə Anna Malyar vurğulayıb.
Anna Malyar bildirib ki, Ukrayna əsgərləri son bir həftədə Donetsk vilayətinin Novomayorske yaxınlığında qismən uğur qazanıb və tutduqları mövqelərdə məskunlaşıblar.
Ordunun Baxmut istiqamətində Klişiyevka və Andriyivka yaxınlığında müvəffəqiyyət qazandığına diqqət çəkən Anna Malyar Ukrayna ordusunun rus əsgərlərini bu yaşayış məntəqələrindəki mövqelərindən dəf edərək irəlilədiyini qeyd edib.
Malyar ötən həftə Baxmut  istiqamətində daha 2 kvadrat kilometr ərazinin azad edildiyini bildirib.
Ukrayna ordusunun cənubdakı Robotino və Verbove qəsəbələrində uğurla irəlilədiyini bildirən Anna Malyar Ukrayna əsgərlərinin ötən həftə cənubda 1,5 kvadrat kilometr ərazini azad etdiyini söyləyib.

Etiketlәr: #Baxmut , #Donetsk , #Ukrayna

Әlaqәli Xәbәrlәr