Blinken Ukraynaya yeni yardım paketini açıqlayıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Antoni Blinken Ukraynaya səfəri zamanı bu ölkəyə 1 milyard dollarlıq yeni yardım paketini açıqlayıb.

2034247
Blinken Ukraynaya yeni yardım paketini açıqlayıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Antoni Blinken Ukraynaya səfəri zamanı bu ölkəyə 1 milyard dollarlıq yeni yardım paketini açıqlayıb.

Blinken "supriz şəkildə" getdiyi Ukraynada bu ölkənin prezidenti Volodimir Zelenski, Baş nazir Denis Şmiqal və xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.

Zelenski və Şmiqalla görüşlərindən əvvəl mətbuata açıqlama verən Blinken ABŞ-ın Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayıb.

Blinken ukraynalı həmkarı Kuleba ilə görüşündən sonra birgə mətbuat konfransı keçirib.

Zelenskinin təcrübələrini cəbhədə dinlədiyini bildirən Blinken “Ukraynanın Rusiyaya qarşı hücumunda son həftələrdə real irəliləyiş var” deyib.

Blinken ABŞ-ın Ukraynaya yeni 1 milyard dollarlıq yardım paketini açıqlayarkən, "Son həftələrdə davam edən əks-hücum sürət qazandı. Ukraynaya verəcəyimiz yeni yardımla bu sürət daha da artacaq" deyə vurğulayıb.

Həmin yardım paketi çərçivəsində Ukraynaya 175 milyon dollarlıq müdafiə yardımı veriləcək. Bu yardıma Yüksək Performanslı Artilleriya Raket Sistemi (HIMARS) raketləri, Javelin zirehdələn raket sistemləri, tank əleyhinə sistemlər və Abrams tankları üçün uran tankı sursatları daxildir.

Paketin 300 milyon dollarına Rusiyadan götürülən regionlarda nizam-intizamın yaradılması üçün hüquq-mühafizə orqanlarının dəstəyi daxildir.

Paketin 100 milyon dolları "xarici hərbi maliyyələşdirmə", 206 milyon dolları isə humanitar yardım olaraq veriləcək. Qalan hissə isə Ukraynanın uzunmüddətli ehtiyacları üçün ayrılacaq.



Әlaqәli Xәbәrlәr