Yunanıstanda daşqınlar nəticəsində həyatını itirənlərin sayı 2 nəfərə çatıb

Yunanıstanda dünəndən bəri davam edən leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində həyatını itirənlərin sayı 2 nəfərə çatıb.

2033849

Məlumata əsasən, Maqnisiya bölgəsində bir yaşlı adamın da cəsadı tapılıb. Daşqın nəticəsində itkin düşən 3 nəfərin tapılması istiqamətində axtarış-xilasetmə əməliyyatları davam edir.
Dünən başlayan və bu gün də davam edən leysan yağışları həyatı iflic edib.
Volos, Larisa, Kardiça və Trikala şəhərlərindəki insanlar səhiyyə xidmətindən məhrum olub. Volos qocalar evinin boşaldıldığı bildirilib.
Bölgədə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Әlaqәli Xәbәrlәr