Məhəmməd əl-Sudani İraqın infrastruktur işlərində türk şirkətlərinin rolunu yüksək qiymətləndirib

İraqın Baş naziri Məhəmməd əl-Sudani İraqın infrastruktur işlərində türk şirkətlərinin rolunu yüksək qiymətləndirib.

2030606
Məhəmməd əl-Sudani İraqın infrastruktur işlərində türk şirkətlərinin rolunu yüksək qiymətləndirib

İraqın Baş naziri Məhəmməd əl-Sudani İraqın infrastruktur işlərində türk şirkətlərinin rolunu yüksək qiymətləndirib.

İraq Baş Nazirliyinin Mətbuat Xidmətindən yayılan bəyanata görə, İraqın Baş naziri Sudani paytaxt Bağdadda səfərdə olan ticarət naziri Ömər Bolat və onu müşayiət edən heyəti qəbul edib.

Hökumətinin İraq və Türkiye arasında iqtisadi əlaqələrin güclənməsini yaxından izlədiyini vurğulayan Baş nazir Sudani deyib:

"Təbii və insan resurslarına malik olan İraq bütün qonşu ölkələr üçün təmas nöqtəsi, inkişaf və tərəfdaşlıq sahəsi olmaq potensialına malikdir. Türkiyenin İnkişaf Yolu Layihəsində əhəmiyyətli qarşılıqlı fəaliyyətdən məmnunuq. Türk şirkətləri İraqda inkişafın həyata keçirilməsində əhəmiyyətli potensiala malikdirlər. İraqda infrastruktur işlərində bu şirkətlərin rolu da önəmlidir”.

Baş nazir Sudani İraq və Türkiye arasında qarşılıqlı səfərlərin əhəmiyyətinə diqqət çəkib və bunun iki ölkə arasında müxtəlif sahələrdə əlaqələri gücləndirəcəyini vurğulayıb.

Ticarət naziri Bolat da Türkiye hökumətinin beynəlxalq ticarət və Türkiye-İraq əlaqələri üçün vacib olduğunu bildirdiyi İnkişaf Yolu Layihəsini güclü şəkildə dəstəklədiyini bildirib.

İnkişaf Yolu Layihəsi nədir?

İraqın Baş naziri Sudani mayın sonunda Asiyanı Avropaya birləşdirəcək İnkişaf Yolu Layihəsini açıqlayıb.

Bəsra körfəzindəki Böyük Fav Limanından başlayaraq İraqın şimalına qədər davam edəcək və Türkiyeyə çatacaq layihənin 1200 kilometr dəmir yolu və yol infrastrukturunu əhatə etməsi planlaşdırılır.

Bu layihənin Bəsrə, Bağdad və Mosulu əhatə edən marşrutu izləyərək Türkiyedəki dəmir yolu şəbəkəsinə qoşulması hədəflənir.



Әlaqәli Xәbәrlәr