Yevgeni Priqojin və yaxın silahdaşı Dmitri Utkin də ölüb

Xəbəri Rusiya Federal Hava Nəqliyyatı Agentliyi də təsdiqləyib

2028419
Yevgeni Priqojin və yaxın silahdaşı Dmitri Utkin də ölüb
Dmitri Utkin_Yevgeni Priqojin.jpg

 

   Tver yaxınlığında qəzaya uğrayan “Embraer” təyyarəsinin göyərtəsində “Vaqner” silahlı qruplaşmasının başçısı Yevgeni Priqojin və yaxın silahdaşı Dmitri Utkin də olub. Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

  Qəza yerinə təcili yardım briqadası göndərilib, 3 nəfər heyət üzvü və 7-si sərnişin olan 10 nəfərin öldüyü bəlli olub.

  Rusiya Fövqəladə Hallar Nazirliyi mövzu ilə bağlı məlumatında “Embraer Legacy” tipli şəxsi təyyarənin Tver vilayətində qəzaya uğradığını açıqlayıb və “Gəmidə 3-ü ekipaj üzvü olmaqla 10 nəfər olub. İlkin məlumata görə, təyyarədə olanların hamısı həlak olub” deyə bildirilib.

  Daha sonra xəbəri Rusiya Federal Hava Nəqliyyatı Agentliyi də təsdiqləyib. Agentlik bildirib ki, “Vaqner”in qurucusu Yevgeni Priqojin də qəza nəticəsində ölüb.

  “Vaqner”ə yaxın bəzi “Telegram” kanallarında təyyarənin Rusiya ordusunun müdafiə sistemləri tərəfindən vurulduğunu bildirib.

  Xatırladaq ki, Yevgeni Priqojin muzdlu döyüşçüləri ilə 2023-cü il iyunun 24-də Rusiya hökumətinə qarşı silahlı üsyana qalxmışdı. Üsyan Belarus prezidenti Aleksandr Lukaşenkonun müdaxiləsi ilə başa çatmışdı.



Әlaqәli Xәbәrlәr