Anjey Duda Rusiyaya reaksiya göstərib

Polşa prezidenti Anjey Duda Polşanın sərhədlərinin Belarus tərəfindən hibrid şəkildə hücuma məruz qaldığını bildirib.

2025535
Anjey Duda Rusiyaya reaksiya göstərib

Polşa prezidenti Anjey Duda Polşanın sərhədlərinin Belarus tərəfindən hibrid şəkildə hücuma məruz qaldığını bildirib.

Ölkəsinin paytaxtı Varşavada Latviya prezidenti Edqars Rinkeviçlə görüşən Duda mətbuat konfransında bildirib ki, görüşdə təhlükəsizlik, iqtisadiyyat, enerji və infrastruktur məsələləri müzakirə olunub.

Görüşün ən mühüm mövzusunun 24 fevral 2022-ci il tarixindən bu yana davam edən Ukrayna-Rusiya müharibəsi və Belarusun Polşa sərhədində hibrid hücum təhlükəsi olduğunu ifadə edən Duda deyib: "Belarusun Polşa sərhədlərinə hibrid hücumu ilə bağlı problem var və bunun Rusiya ilə əməkdaşlıq içində olduğundan şübhəmiz yoxdur”.

Duda bildirib ki, görüşdə Ukraynaya dəstək və əməkdaşlıq, NATO-nun son sammitinin nəticələri və ikitərəfli hərbi əməkdaşlıq da müzakirə olunub.



Әlaqәli Xәbәrlәr