İran ilə Əfqanıstan arasında su müzakirələri

İran ilə Əfqanıstan arasında "su hüququ" gündəmə gələn Əfqanıstandakı Helmənd çayının mənbəyi ilk dəfə iranlı mütəxəssislər tərəfindən araşdırılıb.

2024117
İran ilə Əfqanıstan arasında su müzakirələri

İran ilə Əfqanıstan arasında "su hüququ" gündəmə gələn Əfqanıstandakı Helmənd çayının mənbəyi ilk dəfə iranlı mütəxəssislər tərəfindən araşdırılıb.

Fars Xəbər Agentliyinin məlumatına görə, İranın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Həsən Kazimi Kumi mövzu ilə bağlı məlumat verib.

Kumi "İranlı mütəxəssislər Deh Ravud ərazisində (Helmənd çayının mənbəyinin yerləşdiyi yer) araşdırmalar aparıblar. Bu, ilk dəfədir ki, baş verir" deyib.

İran rəsmisi ekspertlərin hələ də Əfqanıstanın paytaxtı Kabildə olduqlarını və dərhal hesabatlarını hazırlayacaqlarını qeyd edib.

Qeyd edək ki, Helmənd çayı Əfqanıstanın Bamyan əyalətindəki Hinduquş dağlarının davamı olan Baba dağlarından başlayır. 1100 kilometr yol getdikdən sonra çayın suları İran-Əfqanıstan sərhədindəki Hamun gölünə tökülür.

Əfqanıstan və İran arasında Helmənd su yolunda su problemi 1973-cü ildə əldə olunan razılaşma ilə həll edildi.

Müqaviləyə əsasən, Əfqanıstan su yolu ilə İrana "normal şəraitdə" saniyədə 26 kubmetr su verməyi öhdəsinə götürüb. Bunun 22 kubmetri “İranın su hüququ”, 4 kubmetri isə Əfqanıstanın İrana qarşı “xoşməramlı göstəricisi” kimi müəyyən edilib.

Buna baxmayaraq, sazişdə o da qeyd olunub ki, quraqlıq dövründə İrana axan su saniyədə 26 kubmetrdən aşağı ola bilər.

Son illərdə Əfqanıstanda yaşanan quraqlıq səbəbindən İrana axan suyun miqdarının azalması rəsmi Tehranı narahat etməyə başlayıb.

Tez-tez quraqlıqla üzləşən iki ölkə 1973-cü ildə imzalanan müqaviləyə sadiqliklərini ifadə etsələr də, su problemi səbəbilə qarşı-qarşıya qalırlar.

Taliban rəhbərliyi bölgədəki quraqlıq səbəbindən Helmənd çayı üzərindəki Keceki bəndində su olmadığını, buna görə də suyun İran tərəfinə çatmadığını iddia edərkən, İran texniki heyətin bəndə baş çəkməsi və bu vəziyyəti təsdiqləməsi lazım olduğunu bildirirdi. Taliban isə bu tələbə müsbət yanaşmırdı. xoş qarşılamadı.

İran prezidenti İbrahim Rəisi mayın 18-də Sistan-Bəlucistan əyalətinə səfəri zamanı mövzu ilə bağlı açıqlamasında "Mütəxəssislərimiz su qıtlığını təsdiq edərsə, deyəcək heç nəyimiz yoxdur, əks halda xalqımızın hüquqlarının tapdalanmasına imkan verməyəcəyik. Mən Əfqanıstandakı rəsmilərə xəbərdarlıq edirəm ki, İrana dərhal su hüququnu versinlər" deyə bəyanat vermişdi.



Әlaqәli Xәbәrlәr