Sergey Sobyanin: ‘‘Moskvaya edilәn hücum cәhdinin qarşısı alındı’’

Moskva meri Sergey Sobyanin bildirib ki, iki silahlı pilotsuz uçuş aparatı (PUA) ilə paytaxt Moskvaya edilən hücum cəhdinin qarşısı alınıb.

2022018

Bu barədə Sergey Sobyanin bəyanat yayıb.

Hər iki pilotsuz təyyarənin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu qeyd edən Sergey Sobyanin, bu pilotsuz uçuş aparatlarından birinin Minsk şosesində, digərinin isə Domodedovo bölgəsində məhv edildiyini açıqlayıb.

Sergey Sobyanin hadisə zamanı xəsarət alan olmadığını, səlahiyyətlilərin hadisə yerində araşdırmalar apardığını qeyd edib.

Rusiya rəsmiləri Ukraynanın 24, 28, 30 iyul, 1 və 6 avqust tarixlərində PUA-larla Moskvaya hücumlar həyata keçirdiyini, ölən və yaralanan olmadığını bildirib.

Etiketlәr: #PUA hücumu , #Rusiya , #Moskva

Әlaqәli Xәbәrlәr