Rusiya Ukrayna hərbi mövqeləri və yaşayış məntəqələrini atəşə tutub

Ukrayna Baş Qərargahından verilən açıqlamada yazılır ...

2020760
Rusiya Ukrayna hərbi mövqeləri və yaşayış məntəqələrini atəşə tutub

 

  Ukrayna Baş Qərargahı Rusiyanın Ukrayna ərazisinə 20 raket hücumu etdiyini bildirib.

  Baş Qərargahdan verilən açıqlamada yazılır: “Rusiya son 24 saatda Ukrayna ərazisinə 20 raket hücumu edib. 12 “Kalibr” raketi Ukrayna hava qüvvələrinin raketdən müdafiə sisetmi və təyyarələri tərəfindən məhv olunub.

  Ümumilikdə Rusiya qüvvələri Ukraynaya 62 hava hücumu edib. Rusiya ordusu 4 “Şahed” tipli pilotsuz uçuş aparatından istifadə edib ki, bunların hamısı zərərsizləşdirilib.

  Rusiya hərbçiləri Ukrayna əsgərlərinin mövqelərini və yaşayış məntəqələrini çoxlüləli raket sistemlərindən 68 dəfə atəşə tutub, hücumlar nəticəsində ölən və yaralananlar olub, mülki infrastruktur obyektləri dağılıb.

  Son 24 saat ərzində cəbhə xəttində Rusiya və Ukrayna hərbçiləri arasında 30-dan çox toqquşma olub”.

  Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski də sosial media hesabında Rusiyanın 5 avqust gecəsi Xarkov vilayətinin Kupyansk şəhərində qanköçürmə mərkəzini idarə olunan hava bombası ilə vurduğunu bildirib və “Ölənlər və yaralılar var” deyib.



Әlaqәli Xәbәrlәr