Rusiya gəmiləri və təyyarələri Baltik dənizində

Rusiya Müdafiə Nazirliyindən verilən yazılı məlumatda bildirilir...

2019490
Rusiya gəmiləri və təyyarələri Baltik dənizində

 

  Rusiya Baltik dənizində “Okean qalxanı 2023” təliminə başladı.

  Rusiya Müdafiə Nazirliyindən verilən yazılı məlumatda Rusiya donanmasının Baltik dənizində hərbi manevrlərə başladığı bildirilib.

  “Okean qalxanı 2023” adlı təlimdə 30-dan çox döyüş gəmisi, 20 dəstək gəmisi, 30 təyyarə və təxminən 6 min əsgər iştirak edir.

  Hərbi manevrin məqsədi Hərbi Dəniz Donanmasının əməliyyat baxımından mühüm region olan Baltik dənizində Rusiyanın milli maraqlarını müdafiə etməyə hazır olub-olmamasını ölçməkdir.

  Təlimin nə vaxt bitəcəyi ilə bağlı məlumat verilməyib.



Әlaqәli Xәbәrlәr