Zelenski Donetskdəki əsgərləri ziyarət edib

Ukrayna prezidenti Volodimir Zelenski Donetsk vilayətində döyüşən ukraynalı əsgərlərə baş çəkdiyini açıqlayıb.

2017714
Zelenski Donetskdəki əsgərləri ziyarət edib

Ukrayna prezidenti Volodimir Zelenski Donetsk vilayətində döyüşən ukraynalı əsgərlərə baş çəkdiyini açıqlayıb.
V.Zelenski teleqram kanalında etdiyi paylaşımda Donetsk vilayətində Çasiv Yar, Kramatorsk, Slavyansk, Drujkivka, Kostantinivka və Bahmut istiqamətlərində ukraynalı əsgərlərlə görüşdüyünü qeyd edib. 

Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin yaranmasının ildönümünü münasibətilə əsgərləri təbrik etdiyini və onlara mükafatlar təqdim etdiyini qeyd edən Zelenski deyib:

"Ukrayna və Ukrayna xalqına qarşı terror aktlarına görə məsuliyyət daşıyanlar bilməlidirlər ki, onlar sağdırlarsa, ədalət həmişə qalib gəlir. Ukrayna qalib gələcək. Bu qələbəni yaxınlaşdıran hər kəsə minnətdaram. Əsgərlərimiz bütün torpaqlarımızın və xalqımızın qarşı işğalçılardan azad ediləcəyini günü yaxınlaşdırır”.

Zelenski həmçinin Donetsk vilayətində bir yanacaqdoldurma məntəqəsində dayandığını, qəhvə içdiyini və əsgərlərlə söhbət etdiyini də paylaşıb.



Әlaqәli Xәbәrlәr