Taxıl sazişi faktiki olaraq dayandırıldı

Bu barədə Rusiya Prezident Aparatının mətbuat katibi Dimitri Peskov deyib...

2012527
Taxıl sazişi faktiki olaraq dayandırıldı

 

  “İyulun 17-də “Taxıl sazişi”nin fəaliyyəti faktiki olaraq dayandırıldı. Təəssüf ki, təşəbbüsün Rusiyaya aid hissəsi indiyə qədər yerinə yetirilmədi”. Bu barədə Rusiya Prezident Aparatının mətbuat katibi Dimitri Peskov deyib. O, eyni zamanda, “Taxıl sazişi”nin Rusiyaya aid hissəsinin yerinə yetiriləcəyi təqdirdə Moskvanın təşəbbüsə geri qayıda biləcəyini söyləyib.

  Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, rəsmi Moskva 17 iyulda Türkiyə və Ukrayna tərəflərini, həmçinin BMT katibliyini Qara dəniz sazişinin uzadılmasına etiraz etdiyi barədə məlumatlandırıb.

  Xatırladaq ki, 2022-ci il iyulun 22-də İstanbulda Ukrayna taxılının, habelə Rusiyanın aqrar məhsullarının və gübrəsinin beynəlxalq bazara çatdırılması üzrə sənədlər paketi imzalanıb. Razılaşma ilkin olaraq 120 gün müddətinə nəzərdə tutulmuşdu və sonradan bir neçə dəfə uzadıldı.



Әlaqәli Xәbәrlәr