“Rusiyaya qarşı hibrid müharibəsi aparılır”, V.Putin

V.Putin Hindistanın ev sahibliyi etdiyi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammitində videokonfrans vasitəsilə çıxış edərək deyib...

2007012
“Rusiyaya qarşı hibrid müharibəsi aparılır”, V.Putin

 

  Rusiya prezidenti Vladimir Putin xarici güclərin ölkəsinə qarşı hibrid müharibəsi apardığını və qeyri-qanuni sanksiyaların görünməmiş miqyasda tətbiq edildiyini bildirib.

  V.Putin Hindistanın ev sahibliyi etdiyi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammitində videokonfrans vasitəsilə çıxış edərək deyib: “Dünyada geosiyasi ziddiyyətlər güclənib, beynəlxalq təhlükəsizlik sistemi tənəzzülə uğramaqda davam edir, inkişaf etmiş ölkələrdə nəzarətsiz borc yığılması, sosial təbəqələşmə və yoxsulluğun artması ilə əlaqədar qlobal iqtisadi və maliyyə böhranı riskləri artıb, ərzaq və ekoloji təhlükəsizliyin vəziyyəti pisləşib. Bu problemlər münaqişə potensialının nəzərəçarpacaq dərəcədə artmasına səbəb olub. Rusiya bütün bunları birbaşa öz üzərində hiss edir.

  Xarici güclər uzun müddətdir qonşu Ukraynada “anti-Rusiya” dövlət layihəsini həyata keçirdilər. Bunlar Rusiyanın təhlükəsizliyini aradan qaldırmaq və onun inkişafına mane olmaq üçün edilir.

  Rusiyaya qarşı hibrid müharibəsi aparılır.

  Görünməmiş miqyasda qeyri-qanuni sanksiyalar tətbiq edilir Rusiyaya qarşı.

  Rusiya xarici təzyiqlərə, sanksiyalara və təxribatlara inamla müqavimət göstərir və göstərəcək.

  Ölkəmiz durmadan inkişafının davam edir, rus xalqı heç vaxt olmadığı qədər birləşib. “Vaqner”in üsyanına qarşı siyasi dairələr və cəmiyyət bir araya gəldi.

  Rusiya hökumətinə göstərdikləri dəstəyə görə ŞƏT ölkələrinə təşəkkür edirəm.

  ŞƏT üzvləri ilə əlaqələri daha da dərinləşdirmək istəyirik”.

Qeyd edək ki, hibrid müharibəsi (hybrid warfare) təcavüzkarın klassik hərbi müdaxiləyə müraciət etmədiyi, ancaq gizli əməliyyatlar, təxribatlar, kiberhücumlar kombinasiyasından istifadə edərək düşmən bölgəsində fəaliyyət göstərən üsyançılara dəstək verən müharibə növüdür.



Әlaqәli Xәbәrlәr