“Vaqner” tamamilə dövlət tərəfindən maliyyələşdirilirdi”, V.Putin

Paytaxt Moskvada Kremldə Rusiya prezidenti Vladimir Putin “Vaqner” qüvvələrinin üsyanı zamanı xidmətdə olan əsgər və hüquq-mühafizə orqanlarının əməkdaşları qarşısında çıxış edərək deyib...

2004729
“Vaqner” tamamilə dövlət tərəfindən maliyyələşdirilirdi”, V.Putin

 

  Paytaxt Moskvada Kremldə Rusiya prezidenti Vladimir Putin “Vaqner” qüvvələrinin üsyanı zamanı xidmətdə olan əsgər və hüquq-mühafizə orqanlarının əməkdaşları qarşısında çıxış edərək deyib: “Siz ölkəmizdə vətəndaş müharibəsinin qarşısını aldınız. Cəsarətinizə, Rusiya xalqına sədaqətinizə və qətiyyətinizə görə təşəkkür edirəm.

  Qiyam zamanı həlak olan rus helikopter pilotları vətənlərini qorudular. Onların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini istəyirəm.

  Üsyanı yatırmaq üçün Ukraynadakı qüvvələrdən Rusiyaya gətirməyə ehtiyac olmadı.

  “Vaqner” tamamilə dövlət tərəfindən maliyyələşdirilirdi. Son bir ildə döyüşçülərin maaşları və həvəsləndirici mükafatlar üçün “Vaqner”ə 86 milyard 262 milyon rubl ödənib.

  Özəl Mühafizə Şirkəti “Vaqner”in qurucusu Yevgeni Priqojinə məxsus “Konkord” konsaltinq firması Rusiya ordusunu ərzaq məhsulları ilə təmin etmək və yemək xidməti göstərmək qarşılığında 80 milyard rubl qazanıb”.



Әlaqәli Xәbәrlәr