Rusiya Ukraynanın Krivoy Roq şəhərindəki yaşayış binasını vurdu: ölən və yaralanan var

Bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib

1998875
Rusiya Ukraynanın Krivoy Roq şəhərindəki yaşayış binasını vurdu: ölən və yaralanan var

 

  İyunun 13-nə keçən gecə Rusiya silahlı qüvvələrinin Ukraynanın Krivoy Roq şəhərində yaşayış binasını raketlə vurması nəticəsində azı 3 nəfər həlak olub, 25 nəfər yaralanıb. Bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. O deyib: “Şərq” hərbi komandanlığının qüvvələri tərəfindən düşmənin 3 raketi vurulub, lakin bir neçəsi şəhərə düşüb. Belə ki, beşmərtəbəli binanın vurulması nəticəsində, ilkin məlumatlara görə, 3 nəfər ölüb, 25 nəfər xəsarət alıb, onlardan 19-u xəstəxanaya yerləşdirilib. Dağıntılar altında hələ də insanlar var. Birinci mərtəbədən beşinci mərtəbəyə qədər mənzillər yanıb. Yanğın 700 kvadratmetr ərazini əhatə edib”.

  Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata görə, iyunun 13-nə keçən gecə rusların Ukraynaya hücumu zamanı istifadə etdikləri 14 raketdən 10-u hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.



Әlaqәli Xәbәrlәr