Ukrayna uzaqmənzilli raketlərin istehsalına başlayacağını açıqlayıb

Ukraynada raket proqramı rəsmən təsdiqlənib .

1997305
Ukrayna uzaqmənzilli raketlərin istehsalına başlayacağını açıqlayıb

"Ukraynada raket proqramı rəsmən təsdiqlənib və proqramın həyata keçirilməsi üçün artıq büdcədən vəsait ayrılır. Bu, öz istehsalımız olan 1000 kilometr mənzilli raketləri əldə etməyə imkan verəcək".

Bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov “Ukraynanın bərpası üzrə dialoqlar" forumunda etdiyi çıxışda deyib.

“Bizim 1000 kilometrdən çox mənzilli Ukrayna raketlərinə sahib olmaq üçün yaxşı perspektivlərimiz var”, - deyə nazir qeyd edib.



Әlaqәli Xәbәrlәr