Zelenski: "NATO Ukrayna üçün ən yaxşı təhlükəsizlik zəmanətidir"

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, NATO-ya üzvlük Ukrayna üçün ən yaxşı təhlükəsizlik zəmanətidir.

1994255
Zelenski: "NATO Ukrayna üçün ən yaxşı təhlükəsizlik zəmanətidir"

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, NATO-ya üzvlük Ukrayna üçün ən yaxşı təhlükəsizlik zəmanətidir.
Ukrayna prezidenti Vladimir Zelenski Moldovada Ukrayna sərhədinin 20 kilometrliyindəki tarixi Mimi qalasında keçirilən "Avropa siyasi birliyi"nin zirvə toplantısından sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Prezident Zelenski bəyan edib ki, Ukrayna NATO ilə yaxınlaşmada irəliyə doğru addım atmaq üçün hər şeyi etməlidir və bu siqnalı alyansa üzv dövlətlərdən almalıdır.

Ukrayna NATO-da olsaydı, Rusiyanın hücuma keçməyəcəyini vurğulayan Zelenski "Bu, NATO-nun ən yaxşı təhlükəsizlik zəmanəti olduğunu göstərir" deyib.

Zelenski Qərb tərəfdaşlarına Ukraynaya F-16 qırıcıları vermək qərarına görə təşəkkür edib, lakin qırıcıların müəyyən müddətdən sonra təhvil veriləcəyini xatırladıb.

Müasir döyüş təyyarələrinə ehtiyacları olduğunu vurğulayan Zelenski “Qırıcıları alana qədər yaşamalıyıq. Biz bunu mütləq edəcəyik, amma bunun üçün bizə qorunma lazımdır. Qırıcılarımız olana qədər bizə daha çox Patriot lazımdır” deyib.

Moldovada yerləşən və birtərəfli qaydada müstəqilliyini elan edən Dnestryanı bölgə ilə bağlı məsələyə toxunan Zelenski deyib ki, həmin məsələnin həlli ilə bağlı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində Dnestryanı, Moldova, Rusiya, Ukrayna, ABŞ ilə ATƏT və Avropa İttifaqı nümayəndələrindən ibarət 5+2 fortamı fəaliyyətsizdir.

Zelenski onu da deyib ki, güclü bir dövlətin, öz ərazisini geri qaytarmış qalib dövlətin mövqeyindən danışmaq lazım gələcək. Moldovanın birliyi baxımından bu ölkə ilə ortaq mövqeyimiz var.

Rumıniya və digər tərəfdaşların Dnestryanı probleminin həllində iştirak edə biləcəyinə işarə edən Zelenski “Ancaq Ukrayna mütləq əsas rollardan birini oynayacaq. Çünki bizim ümumi sərhədimiz var” ifadəsini işlədib.

Dnestryanıdakı Rusiya qoşunlarının taleyi ilə bağlı suala Zelenski “Yaşamaq istəyəcəklər. Gedəcəklər” cavabını verib.

Prezident Zelenski ayrıca bəyan edib ki, onlar yalnız Moldova xahiş edərsə, reaksiya verə və Dnestryanı problemin həllinə kömək edə bilərlər.



Әlaqәli Xәbәrlәr