Rusiya ordusunun Kiyevə növbəti  hücumunda  daha 3 nəfər ölüb

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə həyata keçirdiyi hava hücumunda 2-si uşaq olmaqla 3 nəfər   həyatını  itirib, 10 nəfər yaralanıb.

1993811
Rusiya ordusunun Kiyevə növbəti  hücumunda  daha 3 nəfər ölüb

TRT  xəbər  verir   ki  bu  barədə  Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko sosial şəbəkə vasitəsilə açıqlama yayıb. 

O: “Bir İyun Ümumdünya Uşaqlar Günündə ruslar  gecə  yarısında  qanadlı və ballistik raketlərdən də  istifadə   edərək  Kiyevə hücum   təşkil  ediblər. Aşkar edilmiş bütün hava hədəfləri müdafiə qüvvələrimiz və texnikamız tərəfindən məhv edilsə  də  raket parçaları insan tələfatına və dağıntılara səbəb olub. Paytaxtın Desna məhəlləsindəki poliklinika və onun yanındakı çoxmərtəbəli binaya parçalar düşüb. Nəticədə   ikisi uşaq  olmaqla   üç  nəfər  həyatını  itirib,  10  nəfər   yaralanıb”-deyə  Popko   qeyd  edib.

 



Әlaqәli Xәbәrlәr