“Ümid edirik ki, Rusiya-Türkiyə müştərək layihələri həyata keçəcək”, D.Peskov

Rusiya Prezident Administrasiyasının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib...

1992563
“Ümid edirik ki, Rusiya-Türkiyə müştərək layihələri həyata keçəcək”, D.Peskov

 

  “Rəsmi Moskva Rusiya-Türkiyə müştərək layihələrinin həyata keçirilməsi dinamikasının seçkilərdən sonra da qorunub saxlanacağına ümid bəsləyir”, bu sözləri Rusiya Prezident Administrasiyasının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

  Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığının yaxın vaxtlarda baş tutacağı barədə suala cavabında D.Peskov bildirib: “V.Putinin qrafikində belə bir danışıq hələlik nəzərdə tutulmayıb. Lakin adətən Türkiyə prezidenti ilə danışıq maksimal dərəcədə operativ razılaşdırılır. Dövlət başçılarının telefonla danışacağı ehtimalı böyükdür”.



Әlaqәli Xәbәrlәr