İran təbii qazını Avropaya Türkiye üzərindən ixrac edəcək

İran Avropaya təbii qaz ixrac edəcəyi təqdirdə bunun Türkiye üzərindən reallaşacağını bildirib.

1990771
İran təbii qazını Avropaya Türkiye üzərindən ixrac edəcək

İranın Milli Təbii Qaz Şirkətinin (NIGC) Baş direktoru Məcid Çegeni İran İşçi Xəbər Agentliyinə müsahibəsində ölkəsinin təbii qaz ixracının gələcəyinə dair izləyəcəyi siyasəti şərh edib.

Çegeni: “Avropaya təbii qaz ixrac etməli olsaq bu Türkiye üzərində reallaşacaq”.

Pakistan, Əfqanıstan və Omanın da İran təbii qazını istədiyini ifadə edən Çegeni, danışıqların gündəmdə olduğunu, lakin bu ölkələrin bəziləri ilə müqavilə imzalamaq üçün lazım olan infrastrukturun hələ hazır olmadığını sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr