“Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”, N.Paşinyan

Nikol Paşinyan Avropa Şurasının İslandiyada keçirilən iclasında Azərbaycanla danışıqlar prosesinə toxunaraq deyib...

1988200
“Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”, N.Paşinyan

 

  Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etdi.

  N.Paşinyan Avropa Şurasının İslandiyada keçirilən iclasında Azərbaycanla danışıqlar prosesinə toxunaraq deyib: “Ötən həftə sonu Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə irəliləyiş əldə olundu. Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyır”.

  Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri mayın 19-da Rusiyanın paytaxtı Moskvada görüşəcəklər. Rusiya xarici işlər naziri Sergey Lavrovun ev sahibliyi edəcəyi görüşdə sülh sazişi üzrə danışıqlar aparılacaq. Mayın 25-də isə Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan dövlət başçılarını Moskvada keçiriləcək üçtərəfli sammitdə qəbul edəcək.



Әlaqәli Xәbәrlәr