Rusiya: Ukrayna ordusunun hücumlarının qarşısı alınıb

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib ki, Ukrayna ordusu Soledar istiqamətində intensiv hücumlar həyata keçirib.

1985804
Rusiya: Ukrayna ordusunun hücumlarının qarşısı alınıb

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib ki, Ukrayna ordusu Soledar istiqamətində intensiv hücumlar həyata keçirib.

Konaşenkov Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı açıqlamalar verib.

Konaşenkov bəyan edib ki, Ukrayna ordusu Soledar istiqamətində hücuma keçib.

“Dünən Soledar taktiki istiqamətində düşmən 95 kilometrdən artıq təmas xətti boyunca hücum əməliyyatları keçirib”, deyə o qeyd edib.

Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin 26 hücum təşkil etdiyini qeyd edən Konaşenkov bu hücumların 1000-dən çox Ukrayna əsgəri, 40-dan çox tank, digər hərbi və xüsusi texnika ilə həyata keçirildiyini bildirib.

Konaşenkov “Ukrayna Silahlı Qüvvələrinin qoşunlarının bütün hücumları dəf edilib. Rusiya qoşunlarının müdafiəsində heç bir pozuntuya yol verilməyib" deyib.



Әlaqәli Xәbәrlәr