Ukraynadakı son vəziyyət: Kiyev və Odessada hava zərbələri

Rusiya Ukraynanın paytaxtı Kiyevi hədəfə alıb. Hücumlar zamanı 5 nəfər yaralanıb.

1983658
Ukraynadakı son vəziyyət: Kiyev və Odessada hava zərbələri

Rusiya Ukraynanın paytaxtı Kiyevi hədəfə alıb. Hücumlar zamanı 5 nəfər yaralanıb. Rusiyanın muzdlu dəstəsi Vaqner Baxmutun böyük hissəsinin ələ keçirildiyini və 2,7 kilometrlik zonanın isə Ukraynanın əlində saxladığını iddia edib. Ukrayna isə Rusiya ordusunun mayın 9-na kimi Baxmutu ələ keçirməyi planlaşdırdığını açıqlayıb.
Ukraynanın paytaxtı Kiyev yenidən Rusiya hücumlarının hədəfi olub. Hücumlarda 5 nəfərin yaralandığı bildirilib.

Kiyevin iki hava limanından biri olan Juliany hava limanında vurulan Rusiyaya məxsus pilotsuz təyyarənin düşdüyü açıqlanıb.

Zərərçəkmiş daha bir pilotsuz uçuş aparatı mənzilə düşüb. Odessa şəhərində də ərzaq anbarına ziyan dəyib.

Rusiya ordusu Baxmutda hücumlarını artırıb.

Baxmutda Ukrayna və Rusiya orduları arasında böyük mübarizə gedir.

Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sirski Rusiya ordusunun Baxmutda hücumlarını artırdığını bildirib.

Rusiya ordusunun Rusiyada “Qələbə günü” kimi qeyd olunan 9 may tarixinə qədər şəhəri ələ keçirməyə çalışdığını bildirən Sirski Ukrayna ordusunun bunun qarşısını aldığını qeyd edib.

Daha əvvəl Rusiya rəhbərliyini Baxmutdan çəkilməklə təhdid edən Rusayının muzdlu qruplaşması “Vaqner” bölgədən çəkilməyəcəyini açıqlayıb.

"Vaqner" Baxmutda 280 metr irəlidə, 2,37 kilometrlik bir ərazinin Ukrayna ordusunun nəzarətində qaldığını iddia edib.

Digər tərəfdən, Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasına hücum edəcəyi iddiasından sonra bölgə əhalisi təxliyə edilib.

660-ı uşaq olmaqla 1679 nəfərin rayonu tərk etdiyi açıqlanıb.

Ukrayna ordusu münaqişə başlayandan bəri həlak olan Rusiya əsgərlərinin sayının 193 mini keçdiyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr