Rusiyanın Baltik Donanması yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

Rusiyanın Baltik Donanması təftiş çərçivəsində yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

1976329
Rusiyanın Baltik Donanması yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

Rusiyanın Baltik Donanması təftiş çərçivəsində yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Baltik Donanmasının mətbuat xidmətindən verilən məlumata görə, donanmanın Baltik dənizindəki bazasında yerləşən qüvvələr təftiş çərçivəsində yüksək döyüş hazırlığı vəziyyətinə gətirilərək təlimə başlayıb.

Rusiyanın Krasnodar vilayətində keçirilən təlimdə donanmanın 1500-dən çox əsgəri, 10 döyüş gəmisi, 50 hərbi texnika, təyyarə və helikopter iştirak edir.

Müdafiə naziri Sergey Şoyqu aprelin 14-də təftiş çərçivəsində Sakit Okean Donanmasının müharibəyə yüksək hazırlıq vəziyyətinə gətirildiyini açıqlayıb.

Qeyd edək ki, prezident Vladimir Putin dünən Şoyquya Rusiya donanmalarında təftişlərin aparılmasını tapşırıb.



Әlaqәli Xәbәrlәr