Kosovo Aİ-nin vizasız səyahət zonası “Şengen”ə daxil edildi

AP Baş Assambleyasında səsvermədən sonra verilən yazılı açıqlamada bildirilir...

1976679
Kosovo Aİ-nin vizasız səyahət zonası “Şengen”ə daxil edildi

 

  Avropa Parlamenti Kosovo pasportu sahiblərinin Aİ-yə vizasız gediş-gəlişinə icazə verilməsi qərarını təsdiqlədi.

  AP Baş Assambleyasında səsvermədən sonra verilən yazılı açıqlamada bildirilir: “Kosovo vətəndaşlarına Aİ-yə, Aİ vətəndaşlarına isə hər hansı 180 günlük müddətdə 90 günə qədər viza tələb etmədən Kosovoya səyahət etmək icazəsi verilir”.

  Beləliklə, bütün Qərbi Balkanlar bölgəsi Aİ-nin vizasız səyahət zonası Şengen ilə viza azadlığı əhatəsinə daxil edildi.

  Qərar rəsmi qəzetdə dərc edildikdən sonra Avropa Səyahət Məlumatı və Səlahiyyət Sisteminin (ETİAS) fəaliyyətə başladığı tarixdə və ya 1 yanvar 2024-cü ildə qüvvəyə minəcək.

  Xatırladaq ki, Kosovo digər Qərbi Balkan ölkələri ilə birlikdə 2003-cü ildə Yunanıstanın Saloniki şəhərində keçirilən Aİ Liderlər Sammitində "potensial namizəd" ölkə elan edilmişdi. Ölkənin 2008-ci ildə Serbiyadan birtərəfli qaydada elan etdiyi müstəqilliyini hazırda 5 Aİ üzvü, o cümlədən Yunanıstan, Rumıniya, Slovakiya, İspaniya və Cənubi Kipr tanımır.

  Kosovo 2022-ci ilin dekabrında Aİ-yə üzvlük üçün rəsmi müraciət etmişdi.

 



Әlaqәli Xәbәrlәr