Tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər

Moskvada Türkiye, Rusiya, Bəşər Əsəd rejimi və İran arasında Suriya ilə bağlı xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş keçirilib.

1970004
Tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər

Türkiye, Rusiya, Bəşər Əsəd rejimi və İran arasında Suriya ilə bağlı xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən görüşdə tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, aprelin 3-4-də Rusiyanın paytaxtı Moskvada Türkiye, Rusiya, Bəşər Əsəd rejimi və İran xarici işlər nazirlərinin müavinləri səviyyəsində dördtərəfli məsləhətləşmələr keçirilib.

Tərəflər xarici işlər nazirlərinin növbəti görüşünə hazırlıqla bağlı məsələləri müzakirə edərkən, hər bir ölkə öz mövqeyini və fikirlərini şəffaf və aydın şəkildə ifadə edib.

Bu çərçivədə tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

Rusiya Xarici İşlər Nazirliyində nazir Sergey Lavrovun açılış nitqi ilə çıxış etdiyi iclasda Türkiye nümayəndə heyətinə xarici işlər nazirinin müavini Burak Akçapar başçılıq edib.

Görüşdə Rusiyanı təmsil edən prezident Vladimir Putinin Orta Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov, İranı təmsil edən xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacı və Əsəd rejimini təmsil edən xarici işlər nazirinin müavini Eymen Susan iştirak edib.

Görüş mətbuata qapalı keçirilib.



Әlaqәli Xәbәrlәr