Yunanıstanda ümumi seçkilərin keçiriləcəyi tarix açıqlandı

Yunanıstanda ümumi seçkilər mayın 21-də keçiriləcək

1966261
Yunanıstanda ümumi seçkilərin keçiriləcəyi tarix açıqlandı

Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis, Nazirlər Şurasının iclasından əvvəl verdiyi açıqlamada 2019-cu ilin yayından bəri Nazirlər Şurasının 50 raund iclasının keçirildiyinə diqqət çəkib. Təxminən 4 ilə yaxın davam edən Yeni Demokratiya hakimiyyəti dövründə atılan addımlara və yaşanan çətinliklərə toxunan Baş nazir Miçotakis, seçkilərin 4 illik dövrün sonunda, mayın 21-də keçiriləcəyini vurğulayıb.

Baş nazir Mitsotakis bəyan edib ki, seçkilər ikinci tura keçərsə, bu tur iyulda keçiriləcək.

Qeyd edək ki, Mitsotakisin rəhbərlik etdiyi Yeni Demokratiya Partiyası 2019-cu ilin iyulunda keçirilən ümumi seçkilərdə səslərin 39,85%-ni toplayaraq təkbaşına hakimiyyəti ələ keçirib.



Әlaqәli Xәbәrlәr